Vəh ki, can getdi, yetürməz kimsə canan ərzinə,Mülk viran bolduvü yetmədi sultan ərzinə.

Səndən özgə kim yetürsün, ey nəsimi-sübhdəm,Bülbüli-şuridənin halı gülistan ərzinə.Ba vücudi-səltənət əlbəttə bil kim, qayırur,Muri-ləng əhvalı gər yetsin Süleyman ərzinə.

Gəlgil axir, ey nəsimi-kuyi-işrət, xandasan,Müjdeyi-Yusif yetürgil piri-Kən’an ərzinə.

Öldi miskin Kişvəri, ey vay kim, dərdi-diliYetmədi bir zərrə ol xurşidi-taban ərzinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar