Vəh ki, keçdi ruzigarım cəhlü nadanlıq bilə,Yanar imdi bağrım ənduhü pəşimanlığ bilə.

Öldürün, ey dustilər, düşvarlıq bilə məni,Ta ki, aşiq bolmasun hiç kimsə asanlığ bilə.

Həsrəta kim, ol pərişan kakilün sevdasidən,Qalmışam sərgəştə mən yüz min pərişanlığ bilə.

Xanümanımnı çü viran qıldın, ey şəm’i-murad,Şadümanəm mən daxi bu xanə viranlığ bilə.

Məqtə — şairin təxəllüsü olan son beyt. İstər ağzından nişan bu xəstəxatir Kişvəri,Çeşmeyi-heyvani gözlər munca heyvanlığ bilə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri