Vay kim, əğyar ilən ol yar həmdəmdür yenə,Şum qərib bəzmi-visali içrə məhrəmdür yenə.

Xatiri fariğdürü əhli-məhəbbət sayrıdan,Badə içib təb’i-şadü könlü xürrəmdür yenə.

Özgələr yüzinə açmış nərgisi-məxmurini,Dustlar sarı inayət baxışı kəmdür yenə.

Adəm övladi bilə yar olmanız, ey əhli-huşKim, məni şeyda qılan fərzəndi-adəmdür yenə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Aləm əhli qulluğunda xürrəmü xəndanü şad,Kişvəri sənsiz həm ol rüsvayi-aləmdür yenə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri