Bolmuşam divanə tərki-xanüman qılsam gərək,Xanümandan keç ki, tərki-cismü can qılsam gərək.

Qıldı çün rüsva məni şeyda könül, mən həm anı,Ömr möhlət versə rüsvayi-cahan qılsam gərək.

Mülki-həstidən uçubdur mürği-ruhum ənqərib,Mən daxi kuyi-fənada aşiyan qılsam gərək.

Abi çeşmim birlə xaki-payini qılsam xəmir,Eyb imas kim, mərhəmi-daği-nihan qılsam gərək.

Məqtə — şairin təxəllüsü olan son beyt. Könli bir daş parəsidür, Kişvəri, mən əqlsiz,Ahü nalə birlə daşi mehriban qılsam gərək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri