Eşq yolunda gərəkdür himməti-ali rəfiq
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Eşq yolunda gərəkdür himməti-ali rəfiqKim, demişlər əhli-dil əvvəl rəfiq, andin təriq.
Eşq bəhridür kim, anun dürri dürri-dil düzür,Dürrətün-dürrün-əcəb, bəhreyi-bəhrün əmiq.
Bəzmi-ğəm içrə gözümdür camü xuni-dil şərab,Cameyi-cami-lətifün, şərbətül-şürbün rəhiq.
Zikrü fikirdür yüzü ağzın xəyalı könlümin,Zikrətül zikrün cəmilün, fikrəhü fikrün rəqiq.
Xətmidür ol, ya bənöfşə, ya zümürrüd, ya giyahLəbmidür ol, ya Bədəxşaniyi-lə’li, bilmən ya əqiq.
Gözlərimdin dəmbədəm axar şəfəqgun yaşlar,Vay kim, yoxdur mana bu dəmdə bir yari-şəfiq.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyli-əşk içrə yapışdı zülfünə qul Kişvəri,Bimi-candan yapışur qara yilan isə, ğəriq.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-esq-yolunda-gerekdur-himmeti-ali-refiq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səni eyşü şərabü padişalıq,Mənü xunabəyi-hicrü gədalıq.
Ol ki, verdi şəm, hüsnünə cahanəfruzluqOl ki, verdi şəm, hüsnünə cahanəfruzluq,Verdi sənsiz təlxiyi-hicran bizə noruzluq.
Xəstə könlüm tapdı ol dildardən nömidliqXəstə könlüm tapdı ol dildardən nömidliq,Tapmasun hiç kimsə yarəb, yardən nömidliq.
Ey gözün zaği-siyahü zülfi-mişkinün duzağEy gözün zaği-siyahü zülfi-mişkinün duzağ,Danə xalın içün düşmiş duzağuna duz ağ.
Başqa şairlərin şeirləri · Eşq
Tər köynəkdə qızıl düymə, yaxalıq,Gərdiş edir o dildarım sinəsin.
Etdi dollak yüzün dün xəti-tərdən xaliEtdi dollak yüzün dün xəti-tərdən xali,Oldu ayinəyi-dü jəngi-kədərdən xali.
SevdiyimSizin yerdə nə adətdi Fərhada,Böhtan deyən aşinayə, sevdiyim.
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,