Məlalət yelindən zülfin pərişan bolmasun yarəb
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Məlalət yelindən zülfin pərişan bolmasun yarəb,Nihali qamətün, ey sərv, lərzan bolmasun yarəb.
Cəmalın bağına badi-müxalif dəgməsün hərgiz,Ləbinə ehtiyac abi-heyvan bolmasun yarəb.
Gözün bimar imiş, cana, gərək bimarə qurbani,Ana mən natəvandan özgə qurban bolmasun yarəb.
Əgər bilsəm ki, can versəm sana sağlıq irür mümkin,Əgər can verməsəm, cana, mana can bolmasun yarəb.
Məqtə — şairin təxəllüsü olan son beyt. Əcəl der kim, səni, ey Kişvəri, qurban qılam yarə,Zəhi dövlət əgər qılsa pəşiman bolmasun yarəb.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-melalet-yelinden-zulfin-perisan-bolmasun-yareb
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə mən nalənə həmdəmdir Həbibi,Nə mən bimara müşfiq bir təbibi.
Ey saçı sünbül, yüzü lalə, gözü ahubərəHy saçı sünbül, yüzü lalə, gözü ahubərə,Boldu sənsiz nıziganm tirevü, bəxtim qərə.
Ey pəri, sənsiz pərişan ruzigarəm doğrusuEy pəri, sənsiz pərişan ruzigarəm doğrusu,Sən gedəldən bərlü bisəbrü qərarəm doğrusu.
Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü MaçinimƏbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim,Bənəfşəm, sünbülüm, laləm, gülüm, tazə gülüstanım.