Umaram səndən ki, gahi sorasan əhvalımıKim, biləsən ruzigarın möhnətindən halımı.

Xəttü xalın mehri oxurlar anun ünvanidin,Açsalar məhşər günündə nameyi-ə’malımı.Hüdhüdi-vadiyi-eşq irdim mən əvvəl vay kim,Şö’leyi-şövqün odu yaxdurdi pərrü balımı.

Gənci-hüsnündən məni nomid qılma, zinharKim, sənün yolunda qıldım sərf ömrü malımı.

Müşkilim budur ki, görmən hiç ağzın şəklini,Bir təbəssüm birlə həl qılsan nola əşkalımı.

Ey bəsa zərbəfti-sultani ki, qıldı payimal,Xar görmə yəqqəsi yırtuq bu əski şalımı.

Bildi kim, qul Kişvəri bir aşiqi-yekrəngdür,Kim ki, gördi çöhreyi-zərdü sirişki-alımı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq