Məndən, ey naseh ki, rüsvayi-cahanam yarsız,Arü namus istəmə kim, aşiq olur arsız.

Köksümün çakindən aldı ləşgəri-ğəm canımı,Meyvənün taracıdur, çün bağ ola divarsız.

Səbrü aramım, bu möhnət günlərində qoydular,Mən ğəribi-natəvanı yarsız, ğəmxarsız.

Kakilün tək, ey mənim canü cəhanım hasili,Qalmışam sevdaivü sərgəştəvü pərkarsız.

Məqtə — şairin təxəllüsü olan son beyt. Yar vəsli istər isən, hicrə qatlan KişvəriKim, cahan bağında bir gül bitməz olur xarsız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq