Sən içgəc badeyi-gülgun mana candan xəbər qalmaz,Xumari gözlərün baxgəc həyatımdan əsər qalmaz.

Dodağun içrə dişüni gülər çağında gər görsə,Xəcalətdən sədəf içində mirvaridi-tər qalmaz.

Yetürməz yarə gögərçin anunçün nameyi-şövqimKi, yanar şö’leyi-ahimdən ana balü pər qalmaz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Verüb simuzər, ey münim cahanda yaxşı ad qoygil,Mənüm nəmdür özi bilür, əgər qalur, əgər qalmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri