Zəncirə ehtiyacı var
Çərxi-fələk çəkir sola təmirə ehtiyacı var,Çərxin oxunda qalmağın təkbirə ehtiyacı var.
Yoxsulu bəndə saymayan hökmü rəvan olanların,Həşrü Qiyamət adlanan tədbirə ehtiyacı var.
Naziri etmə ixtisar, milləti qoyma intizar,Bir sürü çünki yaltağın nazirə ehtiyacı var.
Tutmasa haqq səmtini rəsmdü sarivan əgər,Karvanı əldə saxlayan zəncirə ehtiyacı var.
Müddəti bitmiş ərzağı bizlərə nəqd satmağa,Əcnəbinin bizim kimi tacirə ehtiyacı var.
Bu iqtidarın heç kəsə, heç nəyə ehtiyacı yox,Amma bu xalqın haqq deyən şairə ehtiyacı var.
Sirr nədir ki, özgəyə abi-şoran şirin çıxıb,Abi-şoranlınınsa şor pəndirə ehtiyacı var.
Zahirə çıxmasın deyə daxilə çəkdik hər işi,Daxili işlərin də çox zahirə ehtiyacı var.
Enməsə Zülfüqar əgər, İblisin ömrü çox çəkər,Vaxtdır Əlinin İblisə təsirə ehtiyacı var.
Xisləti külli-aləmə gün kimi bəlli millətin,Həşr gəlincə Pünhana, Sabirə ehtiyacı var.
2 dekabr 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-zencire-ehtiyaci-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dəryaları aldım, xəbərin qafilə satdım,Ləlin çıxarıb, dalğaların sahilə satdım.
Can yadımızdan çıxıbUymuşuq atəşkəsə, qan yadımızdan çıxıb,Sübhü sökülmüş qalan, dan yadımızdan çıxıb.
Olacaq modda BabaAlışıb yandı Bakı, odlu olan yurdda Baba,Maaş al gir bazara, çıx özünü odda Baba.
Zəhr dilindən bal aparSözümü salma yerə, çıxdı dilimdən al apar,Bulud ol, yağdır onu, çör-çöpü üzdən lal apar.
Başqa şairlərin şeirləri · Fələk və tale
Sevgilim əyninə yaşıl geyinmiş,Sallanışı sərvi-çəmən kimidir.
TülküGəzərdik küh-səhra seyr edib, ey binəva tülkü,İrişdi sənə dövrandan kənə nagəh cəfa, tülkü.
DustağınÇərxi-fələk, sənə qıllam ziyarət,Dönübdür çilləyə, yayı dustağın.
GəncəElə ki, güldü sənin bəxtinə dövran, Gəncə,Hər yerin, hər bucağın oldu gülüstan, Gəncə.