Həbibim, ta səni mən sevmişəm əşraf arasında,Vücudum, atəşi-eşqin yanıbdır saf arasında.

Üzün görmək təhəyyürdən tutulmuş nitqimə baxma,Tərəhhüm qıl, özün bir halə yet insaf arasında.

Qiyamın bir əlifdir aşiqin eynü xəyalından,Sevirlər can içində, aləmü ətraf arasında.

Qaşın bir nundur çəkmiş qəza nəqqaşı qüdrətdən,Nəzərdə cümlədən baş yazılar əsnaf arasında.

Məqtə — şairin təxəllüsü olan son beyt. Vəfa yoxdur, Vidadi xəstə, əsla nəsli-insanda,Vəli bihudə bir sözdür deyirlər laf arasında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq