Ər libasın geyə hər rənglə zən, mərd olmaz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ər libasın geyə hər rənglə zən, mərd olmaz,Mərd hərçənd ki, zən öldürə, namərd olmaz.
Gər rəfiqin ola bidərd, dəvasız dərddir,Əhli-dildən gələ min zəxm, o bir dərd olmaz.
Gəzsə gər əhli-təmə, dəhri, yüz il sail olub,Vaqifi-hikmət olub, mərdi-cahangərd olmaz.
Demə hər surətə bitəcrübə mərdüm göz ilə,Bərg hər növ ki, gülşəndə bitər vərd olmaz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qəm yemə, xəstə Vidadi, görüb ə’danı kəsir,Haqqa ixlas ilə meydanə girən fərd olmaz.
Kitabxana.az · https://kitabxana.az/works/vidadi-er-libasin-geye-her-rengle-zen-merd-olmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey məni qınayan, ağlama, deyib,Ağlar yarı gedən bəs ağlamazmı?
AğlaramÇərxi-fələk zülmü ziyad eyləmiş,Hicran məni gündə döyər, ağlaram.
Ay ağalar, bir nigarın odunaAy ağalar, bir nigarın oduna,Dəli könlüm yana-yana düşübdür.
Aylar, illər həsrətini çəkərdimAylar, illər həsrətini çəkərdim,Şükür yetdim vüsalına, sevdiyim!
Başqa şairlərin şeirləri
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
هفتهها کردیم ماه و سالها کردیم پارنور بودیم و شدیم از کار ناهنجار نار
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.