Misal (Çərşənbə günüydü bir tacir)
Çarşənbə günüydü, bir tacirPul itirmişdi, tapdı bir facir.Dedi tacir ki, nəhs gündür bu.Dedi facir: – Bu gündü ruzi-niku.Nəhslik görmürəm bu gündə hələ,Hər günüm kaş ki olaydı belə!Bəxtimin kövkəbində var rüfət,Əlimə gəldi bir belə dövlət.Bu günü nəhs kim deyib, həzyan?Bu günə canü dil ola qurban.Hiç aləmdə olmayıb belə gün,Həll olub müşkülüm, açıldı düyün.Eydi-novruzdən bu behtərdir –Ki, bu gün mətləbim müyəssərdir.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-misal-cersenbe-gunuydu-bir-tacir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gərəkdi kim, sala hal əhlini bəlayə fələk,Verir həzar bəla mərdi-mübtəlayə fələk.
Dürdi-mey ta vardır, biz dərdi-aləm çəkmərikDürdi-mey ta vardır, biz dərdi-aləm çəkmərik,Dövləti-piri-müğandan möhnətü qəm çəkmərik.
Yüz feyzin olsa xəlqə əgər afitab təkYüz feyzin olsa xəlqə əgər afitab tək,Dövran salar ayağa səni mahtab tək.
Bir zaman biz dəxi ol mah ilə həmxanə idikBir zaman biz dəxi ol mah ilə həmxanə idik,Şəmi-rüxsarəsinə yanmağa pərvanə idik.
Başqa şairlərin şeirləri
Möhnətindən daima halım pərişandır, fələk!Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk!
Göydə uçan o boz quşlarGöydə uçan o boz quşlarTelin qədrini nə bilər?!
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,