Bir nəfər əhli-hal edibdi sualMürtəzadən ki, ey sipehri-kəmal,Nədir elmi-nücumdə rəyin,Varmı təsiri Zöhrəvü Ayın?Dedi: – Ol afitabi-çərxi-ülum –Ki, əsərsiz deyil cəhanə nücum,Nəfsiz elm yoxdur aləmdə,Nurdir elm qəlbi-adəmdə.Dedi iyzəd səmani zati-büruc,Bircə kövkəb qılır nüzulu üruc,Şərh edibdir mənazili-qəməri,Vardı bu cümlə kövkəbin əsəri.Ulduza and içibdi bari-xuda,Gör ki, “Vənnəcmdə” nədir məna.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət