Olur qəddim düta eşqin yolunda, hər bəla görcək,Təriq əhlinə adətdir təvazö, aşina görcək.

Nihan eşqimi mə’lum etsə aləm, dudi-ahimdən,Əcəb yox kim, gümani-gənc edər xəlq, əjdəha görcək.

Füzun olduqca eşqim gərm olur əşkim gözüm içrə,Əgərçi su bürudət kəsbini eylər həva görcək.

Oxun hər ləhzə kim, canım dələr, könlüm qılar əfğan,Be-eyni eylə kim, fəryad edər itlər, gəda görcək.

Rəvaci-nəqd nəqşi-sikkədəndir, nola qədr etsəMənə el, cismi-üryanımda nəqşi-buriya görcək.

Məni-dərvişə el həm cövr edər, sən cövr qıldıqca,Kim eylər zülm mən’in, padihaşım, sən rəva görcək?

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzulini yaşur, ey zə’f, məhvəşlər cəfasındanKi, məhvəşlər qılırlar min cəfa, bir mübtəla görcək

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq