Əgər murad isə vermək səfayi-cövhəri-ruh,Fələk misal yürüt sağəri-şərabi-səbuh.

Buyurma tövbə mənə ol şərabdan nasehKi, görsə onu tutar cəzm tərki-tövbə Nəsuh.

Hücumi-qəmdə mənə onu etdi zövrəqi-meyKim, etmədi onu tufan olanda kəştiyi-Nuh.

Müdam çeşmimə qan doldurur xədəngi-qəmin,Yuva başımda tutan quşları edib məcruh.

Dil oldu daği-fəraqinlə şərhə-şərhə, vəliNə sud, çün sənə olmadı hali-dil məşruh.

Tənimdə sancılı navəklərinlə şadəm kim,Dəri-bəla bu kilid ilədir mənə məftuh.

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli oldu belin fikri ilə muy misal,Hənuz bulmadı ol sirrə ehtimali-vüzuh.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana