سپیده دم که شد از اختلاط لیل و نهارره مخالطه میش گرگ را دشوار

میان سبزه تر بود در چرا رمهرسید گرگی و نگذاشت زان رمه آثار

ز مهد خاک گشوده بگرم مهری چرخگرفت دایه صفت طفل مهر را بکنار

نمود طلعت خورشید و شد ستاره نهانچنانکه از اثر خان عرب نمود فرار

بعزم صید عرب خان آسمان رفعتبه باد پای بیابان نورد گشت سوار

علم کشیده روان سایه ظفر بر سرسپه کشید صف نصرت از یمین و یسار

غبار راه سپاهش بلطف چون سیقلزدود ز آیینه طبع روزگار غبار

رسید از قدم مرکبش شرف بزمینبخاک لطف چمن داد از گل رخسار

ز راه مرحمت ابواب عدل و انصافشکشوده بود بی رحمت صغار و کبار

که ناگهش بره آمد غریب جانوریچه جانور بره خوب رنگ و خوش رفتار

همان بره که حمل نام دارد و خورشیدباو گهی که رسید می رسد زمان بهار

ز گوسفندی زاده که بهر اسمعیلبرسم هدیه فرستاد ایزد جبار

شبیه مشک لطافت گرفته از صحرانمونه گل تازه شگفته در بن خار

قضا که هست نتیجه رسان هر مخلوقدرو نهفته بحکمت نتیجه بسیار

ز مغز و پوست بشاه و گدا پیام رسانز پشم و گوشت بصوفی و باده کش غمخوار

کشیده تیغ وهمه بهر کشتن او لیکطبیعتش بهمه فیض خسته لیل و نهار

چو دلبران همه دل بسته محبت اوچو عاشقان همه دم کرده خو بناله زار

زبان حال کشید و بناله دلسوزچه گفت گفت که ای جان آسمان مقدار

من ضعیف روزی که زادم از مادربغیر غصه ندیدم ز چرخ کج رفتار

فکند راعی حکمت مرا بجسم ضعیفمیانه عربان درشت ناهموار

جماعت نجس نخس ناپسند فعالگروه بدروش و بدمزاج و بداطوار

قرار داد همه بر تمرد و عصیاننفاق در دل ناپاکشان گرفته قرار

ز مدبری همه را در خطا و ضبط شعورز گرهی همه را فتنه و فساد شعار

گرفته ذمتشانرا حقوق بی پایانو لیک صعب بریشان ادای یک دینار

گهی بجانب بصره گزیده راه گریزگهی بسوی جزایر کشیده رخت قرار

ز نا امیدیشان گاو کرده ترک فداتپی گریز ستاده همیشه در ته بار

ز فکر تفرقه شان گوسفند مانده ملولز بار دنبه و آوردن بره بیزار

همیشه در حذر آنکه کی نماید خیلمدام ازان متوهم که کی رسد الغار

در آن میانه کشیدم عذاب تا وقتیکه یافتم اثر لشکر ظفر آثار

کنون هم از اثر شومی همان هردمبمن رسید ز خیل و حشم بسی آزار

رسید غارت لشگر فراغتم نگذاشتز مادر و پدرم دور کرد یار و دیار

بهر که روی نهادم بقصد من برخواستشدند تشنه بخونم سپاهی خونخوار

براه حضرت خان آمدم که شفقت اوز پست کندن و کشتن مرا دهد زنهار

اگرچه هست گنه با مخالفان بودنازان گناه بصد عذر کردم استغفار

ز اختلاط سگان حشم بریدم میلز شکل بز قدمان عربان شدم بیزار

اگر چه داشتم اقرار بر محبتشانچو رفت ترس من امروز کی کنم انکار

هزار لعن بمنصور باد و بر حافظهزار لعن دگر بر ربیعه غدار

هزار لعن بر اهل مشعشع کافرکه شد بفتوی ایشان ربیعه هم کفار

هزار شکر که عفو و عطای حضرت خانمرا خلاصی داد از تقلب فجار

ایا بلند نظر خان معدلت پیشهکه می کند همه عالم بعدل تو اقرار

بدان رسید که از پرتو عدالت توبه گوسفند شود گرگ بی مروت یار

تویی ملاذ بهر کس که می شود عاجزتویی طبیب بهر کس که می شود بیمار

برای فتح چه تشویش دارد آن لشکرکه چون تو شاه سواری درو بود سردار

به فتحهای پیاپی گرفت بخت تو زیببصورتی که ز گلهای گونه گونه بهار

کسی که داشت بیک حبه صد هزار نزاعگرفت بخت تو یغما ازو هزار هزار

کسی که قوت اقبال تو نمیدانددر مخالفتت میزند در اول بار

بس از مشقت بی نفع سعی بیهودهره متابعتت می گزیند آخر کار

ببانک طبل تو گر عرصه جوازر خواستجمیع اهل جزایر ز خواب شد بیدار

چشید جرعه از جام مهر تو حافظبرون شد از سر او فکر فاسد اسرار

فکند شعشعه عکس مهجه علمتدرون جان مشعشع هزار شعله نار

چه جای خطه واسط چه جای سر حد بربششتر و بحویزه رسید این اخبار

سپهر منزلتا با جمیع خسته دلانتویی پناه که باشی ز عمر بر خوردار

چو هست کار فضولی ثنای اهل کرماگر ثنای تو گوید ازو غریب مدار

مدام تا حشم و بادیه اثر داردهمیشه تا بود از گاو و گوسفند آثار

مباد دور ز فرق سر تو سایه حقز فیض بخت رسد متصل ترا ادرار

Səhər çağı açılarkən qovuşdu leylü nəhar,
Üfüq açıldı, seçildi qoyun ilə canavar.

Yaşıl çəməndə sürü otlayırdı asudə,
Hücum edib canavar onda qoymadı asar.

Açıb yerin beşiyin çərx min məhəbbətlə,
Günəş uşağına oldu o dayətək qəmxar.

Günəş üfüqdə görüncək sitarə oldu nəhan,
Necə ki, xanı görəndə ərəblər etdi fərar.

Fələk cəlallı o xan seydi-düşmən əzmilə,
Külək kimi qanad açmış bir ata oldu səvar.

Ucaldaraq başı üstə zəfərli bayrağını,
Sağü solunda qoşun cuşə gəldi bimiqdar,

Qoşunların tozu lütfilə sanki bir seyqəl,
Apardı ayineyi-təb’i-dəhrdən o qubar.

Bəzəndi ruyi-zəmin ləşkərin vürudindən,
Üz açdı sayeyi-lütfində, bax, gülü gülzar.

Edib də mərhəmət açdın dəri-kəramətini,
Böyük, kiçik o qapından pay aldılar təkrar.

Ki nagəhan yola çıxdı hünərlə bir quzucuq,
Üzündə nuri-lətafət, yürüşdə xoş rəftar.
Bir ol quzuydu ki, dövran Həməl qoyub adını,
Günəş çatanda ona başlayar zamani-bahar.

Onun atası idi Ismayıl qurbanı
Ki, töhfədir, deyə, göndərdi iyzədi-cəbbar.

O müşk tək ki, lətafət alıbdı səhradə,
Tikan dibində bitən bir gül idi məstü xumar.

Qəza ki, hər kəsə eylər müqəddəratı əyan,
Tək onda cəm’ qılıb hikmət ilə çox asar.

Şaha, gədayə fərəhdir beyin ilə dərisi,
Sufi yunun arayar, həm ətini badəküsar.

Hamı bıçaq çıxarıb istəyər onu kəssin,
O isə hər kəsə bir yaxşılıq gözüylə baxar.

Sevər, kimi görər isə o, nazlı dilbər tək,
Özüysə aşiq olan tək həmişə xəstəvü zar.

Zəbani-hal ilə söylər ürəkdə min nalə
Ki, ey cəlalı böyük, xani-asimanmiqdar,

Mənəm zəifü zavallı, doğulduğum gündən
Fələk məni ələmə, dərdə eyləyibdi düçar.

Salıb məni bu yonulmaz ərəblər içrə qəza,
Edib məni daha da natəvanü diləfgar.

Bu bədməzac cəmaət kobud və nacinsdir,
Bütün əməlləri pisdir, nə dil bilir, nə də ar.

Hamısı əlbir olub etdilər xana üsyan,
Hamısı dilbir olub da nifaqə verdi qərar.

Bütün fikirləri boşdur, xəyalları sərsəm,
Yolu azıb da ediblər fəsadü fitnə şüar.
Aşıbdı borcları həddən, qalıbdı vergiləri,
Fəqət ki, verməyə yoxdur olarda bir dinar.

Gah üz tutub qaçışırlar da Bəsrə ölkəsinə,
Cəzayirə eləyərlər hamısı gahi fərar.

Inəkləri çox ağır yük daşırdı, axırda
Qısır qalıb, baladan məhrum oldular naçar.

Qoyun, quzu üzülübdür tamam bu təfriqədən,
Doğum və quyruq əlindən olubdular bizar.

Həmişə qorxu içində: necə keçər əhval,
*
Həmişə dəhşət içində: nə vəqt çatar ilğar?

O vaxt zülm olunurdu mənə, nəhayətdə,
Yetişdi imdada ta ləşkəri-zəfərasar.

Bu gün də mən çəkirəm zillətin o şəxslərin,
O şəxslər ki, mənə hey verirdi qəm, azar.

Əl atdı qarətə, ləşkər məni çox incitdi,
Məni ata-anadan, eldən etdi böylə kənar.

Kimə yanaşdım isə qəsd qıldı qətlimə o,
Qanıma təşnə olub coşdu ləşkəri-xunxar.

Gəlib hüzuruna xanın, ona sığındım ki,
Dərimi soymaya bəlkə bu dəsteyi-qəddar.

Mənim günahım əgər düşmən ilə olmaqsa,
Buna ki, yüz dəfə etdim üzürlə istiğfar.

Kəsib əlaqələri bu sürüdə itlər ilə,
Keçi sifətli ərəblərdən olmuşam bizar.

İ l ğ a r – basqın
Edib də xof deyərdim: “Mən onları sevirəm”,
Bu qorxu keçdi, indi eylərəm inkar.

Qoy olsun Hafizə, Mənsurə indi min lə’nət,
Yox olsun indi tamam ol Rəbiyyeyi-qəddar.

Müşə’şə’ əhlinə olsun cahanda min lə’nət
Ki, onların işidir eyləyən Rəbiəni xar.

Şükür ki, həzrəti-Xanın ətası, mərhəməti
Xilas etdi məni bu bəladən, ömrüm var.

Ədalət ilə bu dünyada ey tapan şöhrət,
Hamı sənin bu böyük ədlinə edir iqrar.

Belə olub ki, sənin ədlinin şüasində,
Qoyunlara kömək olsun o rəhmsiz canavar.

Kim aciz olsa, ona sən həyansan hər işdə,
Təbibi sənsən əgər olsa xəstəvü bimar.

Nə qorxusu olacaqdır o ləşkərin ki, bu gün
Olub sənin kimi bir şəhsüvar ona sərdar.

Bəzəndi fəthlər ilə sənin bu xoş bəxtin,
Necə ki, rəngbərəng güllər ilə fəsli-bahar.

Bir həbbə üstə hüdudsuz niza’ edən şəxsin,
Tutub da aldın əlindən nə qədr dövləti var.

Bu güclü bəxtini dünyadə bilməyən hər kəs,
Əzəldə cəhli üzündən olar sənə əğyar,

Çəkib xeyirsiz əziyyət, nəticəsiz zəhmət,
Axırda hökmünə qul tək boyun əyər naçar.

O təblinin səsi ilə oyandı cümlə cahan,
Cəzayir əhli bütün oldu xabdan bidar.
Qəzəb camındın içərkən sənin bir az Hafiz,
Fikirlərilə bərabər yox oldu ol əşrar.

Yananda bayrağının şö’ləsi səmalərdə,
Ucaldı, gör ki, Müşə’şə’də bərqi-şö’leyi-nar.

Nə Vasit ölkəsi, yainki Lor ərazisi,
Cəvizə, Şüştərə də çatmış oldu bu əxbar.

Fələklərə ucalan, ey cəlallı sərkərdə,
Pənahimiz sən özünsən, bizə gəl ol dildar.

Füzuli mədh qılar daima kərəm əhlin,
Səni də tə’rif üçün dil açıb o sən’ətkar.

Nə qədr dünyada vardır bu çöl, bu dağ, bu çəmən,
Nə qədr ki, yer üzündə öküz, qoyun, quzu var,

Yox olmasın başın üstündən heç də sayeyi-həq,
Həmişə taleyin olsun kömək və bəxtin yar.


← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri