چو شمع ز آتش دل اضطراب دارم من
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
چو شمع ز آتش دل اضطراب دارم مندل پر آتش چشم و پر آب دارم من
Ürək odunda yanıb, şəm tək iztirabım var,Alovlu qəlbim ilə dideyi-pürabım var.
ره نظاره ز غیر تو بسته ام شب هجرمکن خیال که در دیده خواب دارم من
Şəbi-fəraq gözüm bağlaram ki, özgələrəNəzarə etməyim əsla, düşünmə xabım var.
شهید ساخت مرا جور بی حساب بتانچه غم ز پرسش روز حساب دارم من
Şəhid qıldı məni min cəfası xubların,Nə qəm ki, sorğuya bu həşrdə cavabım var.
فلک بدور مخالف مرا نترساندمشوشم چه غم از انقلاب دارم من
Fələk bu dövri-müxalifdə qorxudarmı məni,Müşəvvəş olmuşam, hər zülmə, dərdə tabım var.
ز سایه در پی آن مه رقیب می فکندهزار داغ بدل ز آفتاب دارم من
Mənə rəqib eləyib arxasında kölgəsini,Günəşlə indi mənim başqa bir hesabım var.
چه گونه چاک کنم سینه پیش بی دردانبتی ز چشم بدان در نقاب دارم من
Nə cür bu sirri açım dərdi bilməyənlərə mənKi, pis nəzərdən uzaq, gizli mahtabım var.
Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی از الم بی کسی نخواهم رستچنین که از همه کس اجتناب دارم من
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, kimsəsiz oldum, bu qəm tükənməyəcəkKi, bunca hər kəsi gördükdə ictinabım var.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-355
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Feyzi-məxsusdur ol, aləmi-baladən olub.
Qəddi-balana baxanda bir bəla gördüm səniValeh oldum, harda mən, ey dilrüba, gördüm səni.
Kimsə bizə hicran gecəsində güzər etməzPəjmürdə olan halıma bir kəs nəzər etməz.
O qara zülfünü gəl açma sən, ey nazlı nigar!Cismimi canım ilə bağlayan ol tel qırılar.
Başqa şairlərin şeirləri
Məni-bimarə müddətdir olub yaği qara gözlər,Könüldə tari-mujganın qalıb baqi, qara gözlər.
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.
Göy gölün xətrinəYayın qızmarında çıxdıq şəhərdən,Boz bürüncək kimi bürkünü atdıq.
Samovar gərəkDəhrdə arifərə,Çay samovar gərək,