Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!
Əsiri-dərdi-eşqü daği-hicran olmasın, ya rəb!
Dəmadəm cövrlərdir çəkdiyim birəhm bütlərdən,
Bu kafərlər əsiri bir müsəlman olmasın, ya rəb!
Görüb əndişeyi-qətlimdə ol mahi, budur virdim
Ki, bu əndişədən ol məh peşiman olmasın, ya rəb!
Çıxarmaq etsələr təndən, çəkib peykanın ol sərvin,
Çıxan olsun dili-məcruh, peykan olmasın, ya rəb!
Cəfavü cövr ilə mötadəm, onlarsız nolur halım,
Cəfasinə hədü cövrünə payan olmasın, ya rəb!
Demən kim, ədli yox, ya zülmü çox hər hal ilə olsa,
Könül təxtinə ondan özgə syltan olmasın, ya rəb!
Füzuli buldu gənci-afiyət meyxana küncündə,
Mübarək mülkdür, ol mülk viran olmasın, ya rəb!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-menim-tek-hic-kim-zaru-perisan-olmasin-ya-reb
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ki, razı olmaram sevsin onu aləmdə bir insan.
Sənə verdim könül, göz çəkdim həm canandan, həm candanYaxıb bir şəm, qovdum dostları mən ol şəbistandan.
Bir dolu cam ilə, saqi məni qıl məstü xumarHəd vuran qazı edə məstliyimə ta iqrar.
Yenə at çapdı meydanda, qopardı toz o cananımƏl atdı, silkədi damanını, düşdü yerə canım.
Başqa şairlərin şeirləri · Eşq
Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
OlsaNəğməkarın nə günahı, tarçı neyləsin,Muğam kimi möcüzəyə qulaq kar olsa?
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Gözlərimdən tökülür bu dili-müztər qanıGözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.