“Lirik mahnı”
Süzə-süzə gəzdimBu elləriTelə-telə düzdümMən gülləri.Baxa-baxa yollaraAxtarıram yarı mən.Şirin sözüm gəlmədi,İki gözüm gəlmədi.Könül verib sevdiyim,Harda qaldı gəlmədi?İlk bahar gəldi,Durnalar gəldi,Bircə sən gəlib çıxmadın,Harda qalmısan?
Dağa-daşa düşdüGün işığı.Mən olmuşam ay amanYar aşiqi,Dərə-dərə gülləriDolaşıram elləri.
Qızıl gülüm solmasınSənsiz günüm olmasın.Gözəlisən ellərin,Əzbərisən dillərin.Gəlməsən, ay aman,Bilməsən, ay amanKönlümün sözü alışarYandırar mani.
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-cabbarzade-lirik-mahni
← → düymələri ilə keçid, R — təsadüfi şeir