Gecə keçib gecədən,keçən yoxdu küçədən.Çəkilibdi əl-ayaq.Ana oyaq, qız oyaq.– Necə keçdi ad günü?Qızım, sizin ziyafət?– Anacan, lap qiyamət.– Gözəl qızdı rəfiqən,xoşbəxtdi onu alan.– Anacan, lap doğrudan.– Yəqin yeyib-içdiniz,xörəkləri o ağgün...– Anacan, löyün-löyün...

Anası gözləyir ki,yorulub, yatsın qızı.

Qızı da gözləyir ki,gedib yatsın anası.Qız görüşdən qayıdıb,düzünü deyə bilmir,oturub yeyə bilmir.Gözü “acam” söyləyir,ağzı “toxam” deyənin. –“Ziyafətdə” yeyəninDanışırlar beləcə,baxışırlar beləcə,əriyib gedir gecə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri