Baxt qapın ağzında ayaq üstədi
Baxtımız əbədi, həyat dəyişkən,dünyanın özü də bir cür yuxuymuş.Bir evdə nikahın, birində eşqin,dünyanın iki yol ayrıcı buymuş.
Mən sənin içində, o yanındadı,eşit bu vurğunu, hecanı, canım.Mənə “can” deyirsən, canın ondadı,kimə həsr elədin canını, canım?!
Bir cığır, ya bir iz varmı deyirsən,ümidin şeh kimi yarpaq üstədi.Evində oturub baxt gözləyirsən,baxt qapın ağzında ayaq üstədi.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-baxt-qapin-agzinda-ayaq-ustedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bu gecə
Döndü murad üzrə fələkDövran bizimdir bu gecə
Öz ıxtıyarımı mən vermışəm nıgar əlinəÖz ıxtıyarımı mən vermışəm nıgar əlinə,Yetibdi faili-müxtarın ixtiyar əlinə.
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
Ay ata-ataAy bimürvət, aldın şirin canımı,Müjganın sinəmə ay ata ata.