Bülbül, yenə nə şivəndi,bağı cənnət eyləmisənGəlişimdən xəbər tutubNə mərhəmət eyləmisən.

Oxuyursan sözlə-sazla,sevinirsən gələn yazla.Dedilər ki, bu avazlaməni dəvət eyləmisən.

Büküləndə budaqda gül,açılarmı sevən könül?Yəqin olub ana bülbül,sən də xiffət eyləmisən.

Susduruldu şair-ozan,bu torpaqda zaman-zaman.Sus deyəndə susmamısan,nə qiyamət eyləmisən.

Aşıb-daşsın o nəğmələr,mənim sözüm haqdan gələr.Mən dərdimi şirin-şəkər.sən də şərbət eyləmisən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar