Xoşdur mənə, zülfündə gəzən şanə mən olsam!
Xoşdur mənə, zülfündə gəzən şanə mən olsam!Ölməzdim, o zəncirdə divanə mən olsam!
Öz şövqüm ilə arizi-cananda yanardım,Eşq aləminin şəminə pərvanə mən olsam!
Nəzr eyləmişəm, hörmət edəm piri-muğanə,Gər qismət ola, xadimi-meyxanə mən olsam!
Vaiz hələ gülzari-vətən şövqünü bilmir,Bir son qoyaram rövzeyi-rizvanə, mən olsam!
Öz yurdumuzun güllərinin aşiqiyik biz,Baxmazdım, inan, başqa gülüstanə, mən olsam.
Könlüm məni qərq eylədi bəhri-qəmi-eşqə,Bir növ çıxardım yenə bir yanə, mən olsam.
Aşiqlər üçün bir yeni dünya yaradardım,Zülm eyləməz, eşq əhlinə cananə mən olsam.
Mən dost ikən, ey gül, məni saldın nəzərindən,Tez vəslə yetərdim, sənə biganə mən olsam!
Vahid, demə, biz görməmişik bağı-behişti,Cənnət deyərəm Azərbaycanə, mən olsam.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-xosdur-mene-zulfunde-gezen-sane-men-olsam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey mollaların sərvətü samanı orucluq,Fəxri, şərəfi, mənbəyi-ehsanı orucluq!
Gözün aydınQəflətdən ayıl, Molla Süleyman, gözün aydın,Çatmış ramazan, yatma, ay oğlan, gözün aydın!
Şuradan əlim çıxdı...Şuradan əlim çıxdı, lap oldum evi bərbad,Faş etdi bütün sirrimi mürtəd qızı arvad.
GəlibDinçilər, hazır olun, bir qoca ovbaş gəlib,Bütün əmmaməli meymunlara yoldaş gəlib.