Meyi-nabi oxuyur zahidi-bizövq həram
Meyi-nabi oxuyur zahidi-bizövq həram,Kafərəm, almasam ol saqi əlindən gər cam.
Zahidin canibi-meyxanəyə düşsə güzarı,Kafərəm, məscidi bir dəfə də etsə o məqam.
Pənd ləğv ilə firib etmə məni, ey naseh,Düşmərəm rişteyi-damə, sənə verməm də lican.
Məni bir məst qıl huşyar ikən, ey saqi, aman!Sən şəhim, taci-sərim, dərgəhinə mən də qulam.
Zahida, etmə məlamət mey üçün eşq əhlin,Abi-kövsərdir meyim, saqiyi-gülçöhrə imam.
Meyə oxşatdı töküb qanımı ol qönçədəhən,Qanımı gördü, odur, qana dönüb mey də tamam.
Bu dili-zarini, Vahid, elə dildarə fəda,Qanını tökməyə müjganları çəkmişlə nizam.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-meyi-nabi-oxuyur-zahidi-bizovq-heram
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məsciddə bu il hökm elədi Molla Süleyman,Bir gündə gərəkdir kəsilə Bakıda qurban.
Zənn edərİnsan müdam aqili divanə zənn edər,Öz dost, aşinasını biganə zənn edər.
OlmasınArif odur ki, dəhrdə əhli-ədalət olmasın,Sahibi-əğlü mərifət, kani-səxavət olmasın!
Baba öyüdüMehtər Nəim əfəndiyə oxşatma*Əzizim, aqil olma, cəhd qıl tut rəsmi-nadanlıq.
Başqa şairlərin şeirləri · Eşq
Yuxuda gördüyüm, nolaydı, birdən,Gözümün önündə aşkar olaydı.
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
Ey səba, bu ərzimi ərz etgilən cananımaEy səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.
QəzəlGözün qurbaniyəm saqi, xəbər tut bir məlalımdan,Keçər günlər, keçər aylar, neçin çıxmaz xəyalımdan.