Əcəb Məcnunam, ol zülfə əsir olduqca dilşadəm!Bütün dünya qəmindən, guyiya, bilmərrə azadəm.

Pərilərdə yenə bir rəhm olur, gör kim, nə zalimsən,Nola, gər bir tərəhhüm qılsan, axır adəmizadəm?

Nə Məcnun səbr edər hicrində, nə Fərhad edər taqət,Yenə məndim davam etdim, nə Məcnunəm, nə Fərhadəm!

Könüldə şövqi-vəslin olmasaydı, çoxdan ölmüşdüm,Əgərçi dərdi-hicran çəkməyə aləmdə mötadəm.

Vüsalın şərbətindən görmədim bir ləzzət ömrümdə,Fəraqın zəhrini içməkdə ancaq xeyli ustadəm.

Ol ahu gözlünün mümkünmü zülfündən xilas olmaq?Nə mümkündür mənə, mən ki əsiri-dami-səyyadəm.

Mənim iradımı təshih qılmaq qeyri-mümkündür,Bu növi, Vahida, başdan ayağa mən ki iradəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq