Fəda olum sənə, ey Yusifi-zəmanə balamKi, gəlməyib dəxi mislin sənin cahanə, balam.

Ölüncə üzmərəm əl səndən, ey vəfa kani,Bu qədr aşiqini çəkmə imtahanə, balam.

Nə müddət idi sənin həsrətəm camalına mən,Olubdur seyli-sirişkim üzə rəvanə, balam.

Bu fani dəhrdə, billah, məni-fələkzədəni,Bəla xədənginə sən etmisən nişanə, balam.

Görəndə xalini könlüm quşu fəqanə gəlir,Necə ki, nalə edir quş görəndə danə, balam.

Əgərçi canımı almaqdı xahişin, söylə,Bu sirri saxlama pünhan, gətir bəyanə, balam.

Əsiri-zülfün olandan şikəstədir Vahid,Gəlir fəğanə, edər quş kimi təranə, balam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq