Mənə dedilər ki, sizdə yas düşüb,yuxuda ağladım səndən ötəri.Dedilər, torpağa bir almaz düşüb, –gördüm göz yaşına çoxdu bənzəri.Yuxuda ağladım səndən ötəri.

Sənlə gözəl dünya, sənsiz qorxulu! –Sənsənmiş dünyanın tarazlıq yeri.Mən yuxusuz qaldım, dünya yuxulu,yuxudan qaçdım mən səndən ötəri,sənsənmiş dünyanın tarazlıq yeri.

Ayılıb dünyaya baxıram, belə,Yuxuda kim yaydı bu bəd xəbəri?!Sənlə azdanışan, ağıram belə,Yuxuda dəliydim səndən ötəri.

Mən öz dediyimdən üzdə dönmədim, –üzdə çəkdiyimi saldım içəri.Səni sevdiyimi sənə demədim,Yuxuda ağladım səndən ötəri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri