Xəstəliyə qısqanıram,aramıza girənə bax.Məni sənə, səni mənədünyada çox görənə bax.

Heç bilmirəm bu nə şərtdi,mənə düşən yenə dərddi.Gör bu dünya nə namərddi, –xeyir istə, şərinə bax.

Duman aldı dağ-daşımı,tutub qaçdım mən başımı.Sən silmişdin göz yaşımı,aç, yaramın yerinə bax.

Qar ələndi qara telə,bir ömürü verdim yelə.Qəm axtarsan innən beləNərimanın şerinə bax.

dekabr 1993

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri