Bu gün qızcığazım Aybənizlə mənGöz-gözə baxışıb güldük ürəkdən.Yaxşi demişlərki, şirindir bala,Bizə çəkdirsə də min dərd, min bəla.Yenə bu varlıqda nə hikmət varsa,Azacıq yel əsib rəngi saralsa,Min sızıltı qopur ürəyimizdən.Cəbhələr tanımış möhkəm bir bədənBelə yarpaq kimi titrəyir, əsir,Qəlbi şaxta vurur, üşütmə kəsir.Gözümü zillədim gözünə bir az,Özü də bilmədən güldü qızcığaz,Sanki tanımışdır atasını, bax!O, bir pişik kimi xumarlanaraqNazlanmaq isləyir qucağında tək,Sanki dağa dönür sinəmdə ürək!Ah, mehriban balam, günahsız quzum.Çoxdan istədiyim mənim ilk qızım.Sənin çocuqluğun bizdən bəxtiyar,Nə çörək dərdi var, nə su dərdi var.Azad yurdumuzun bir çiçəyisən,Sən şaxta vurmamış güllər təkisən.Anamın boynunu görüm boyunda,Əl çalıb oynayın sənin toyunda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri