Sorma aqil kimsələrdən, sorma heç dünya nədir
Sorma aqil kimsələrdən, sorma heç dünya nədir,Böylə bir düstur qocalmış ideal olsun gərək!
"Hər kimin vicdanı pakdırsa o bir divanədir", -Bu kəlamın barəsində qilüqal olsun gərək!
Çünki boşdur nalə qılmaq, çünki boşdur ahu-zar,Göz yaşindan gözlənən məlhəm mahal olsun gərək!
Aqil olmaq istəyənlər bir-birindən küsməsin,Əhli-haldan dəm vuran kəs əhli-hal olsun gərək!
Hər bəlaya şir tək görməkdəyəm mən sinəmi,Vurğunun "Düşkün" adi Rüstəmi-Zal olsun gərək!
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-sorma-aqil-kimselerden-sorma-hec-dunya-nedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir