Ey vətən! Ey ana! Açıldı yolum,Ümidim sənəmi, qurbanın olum?Nədəndir demədin heç mənə — oğlum.Dolandın nerələr, de hankı yerlər?

Laçınlar yuvası, haylar ocağı,Kəsilmiş anacan, vəhşət ayağı.Yanırkən o gecə birliyin dağı,Titrədi Qafqazın qoynunda yellər.

Mən Ağrı dağında dayandım bir az,Bir qaya zirvəsi oxurdu şahbazO şiddətli qışın sonunda bu yazYuyurdu tozları kükrəmiş selər…

Başdan ayağadək geymiş qırmızı,Oxurdu türkülər bir gürcü qızıParladı gün kimi o dan yıldızı,Üzündə mərcimək, köksündə tellər.

Açılsın o gülün, baharım olsun,Lalə tək qızaran bir yarım olsun.Sonunda ömrümün məzarım olsunGəlinli çeşmələr, sünbüllü çöllər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar