Bir arzu
Yenə şeirlərin qarşımdadır, bax,Sənin kitabçanı varaqlayaraq.O qara keçmişi xatirə saldım.Hər sözün üstündə xəyala daldım...Həqiqət! Anası budur sənətin.Boğazdan yuxarı bir məhəbbətinSoyuq saçmaları şeir yaratmaz...Səninsə qəlbində ötən telli sazBizə dünyamızdan bir yadigardır,Şerində çırpınan bir ürək vardır.Bu bizə bəllidir!Fəqət, qardaşım!(Sən ey bu dünyada yalnız sirdaşım)Düşünən alnının isti tərindən,Ömrünün yuxusuz gecələrindənHər ayın başında bir dastan yarat,Yazan əllərinlə bəzənsin həyat!Özün bilirsən ki, yaradan ölməz...Nə var bu dünyada qələmə gəlməz?!Atıl dalğaların qucağına tək,Bil ki, cəsarətlə vuran bir ürəkŞaşırmaz yolunu...Bəllidir bizə!Cəsarət yaraşır gənc nəslimizə.İstərəm yazdığın hər böyük əsərBizə yer üzündən versin min xəbər...
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-bir-arzu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,