İnlədi Şərq,inlədi...Tunc əsrlərin dəmir çəngəlində.Çiyni zər paqonlu şahların,"gözə görünməyən allahların"əlindəinlədi Şərq.Suların səsində matəmvə göz yaşı dinlədi Şərq...Utanmadı,Böyük Britaniya lordlarıUtanmadı.Boynu zəncirlivə kirliŞərqin"halına yanmadı".Odlara diri-diri qalandı Şərq.Dönə-dönə parçalandı Şərq –Altay,Tibet,Himalay,alay-alayo dağlarüzünü günəşə göstərmədi.Üyləri * qabar tutan əllərəyilib öz gülünü dərmədi...Bunu görməyən.İdealist əmələlər rənglədi maskasını,Günü-gündən,həmənaçdı Şərqqollarınıdərinvə dibsiz göylərin"mələkli" boşluğuna,"tanrmın" sərxoşluğuna.BudurŞərqin ciyərlərini gəzənvə onu bəzənöldürən ilk azar,Bunun uzun tarixi var,Heyhat!..Ağarıb saçları, qocaldıqcagəncləşir həyat.Gördü Günəş,gördü Ayki, doldu tay-tayKitayın ipək malıParisin şantanlarına;Ümidim özgədir yarına.QoyYaxın gələcəyi görsünve get-gedə hirsindən ölsün!Gecələr qayıq gəzintisinə çıxanYanaqları boyalı London xanımlarıBilsinlər ki, Şərqin varıBoşalmayacaq Avropanın limanlarına.Ümidim özgədir yarına.Çoxaldı bax,çoxaldı!Hər üsyana səbəb olanböhranyenə çoxaldı.İşçilər işsiz qaldı,Çoxaldıqarnı açıq və yurdsuzyavruların sayı.Doldu dar keçidli sokaklara *üsyançıların alayı.Trak...Trak...Tra...raq...Divarları yırtaraq"Gəlin!Gəlin!"-dedilər.və hər gücünə güvənəndüşmənə hücum başladı.İrilər sanldı silaha,körpələr daşladı...Yazıq!Kəsdi yolumuzu yenəfaşizmin atlı dəstəsi,İşlədi gecənin dərinliyinətopların səsi,Demək,Düşmən hələ qüvvəidir.Ona bəzənkömək edən"işçilərin" öz əlidir.Aha!..Az qaldı sabaha,ağarır dan yeri;Cəbhədə sağ qalanlarDənməsin geri,ağarır dan yeri...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri