Pambıqçılar
Günün saçaqları yayılır düzə,Çünki təslim olur gecə gündüzə.Könül xumarlanır duyduqca dərin,Üfüqlər ləkəsiz, havalar sərin;İndi son bahardır, gəlib keçdi yay,Göydə təkər kimi yuvarlanır ay.Çöldə traktorun səsi canlanır,Obalar şənlənir, həyəcanlanır.Səslənir yamaclar, dağlar, dərələr,İnsanı güldürür bu mənzərələr.Oğru qarğalara tüfəng atılır,Qocalmış torpağa dərman qatılır.O biri yanda da bir böyük dəstə,Dillərdə bayatı, kəsmə şikəstəArxın kənarında pambıq dərirlər.Dalda qalanlara yol göstərirlər.Biləklər çirməkli, döşlər önlüklü,Hamısı torbalı, hamısı yüklü,Tökür alınları puçur-puçur tər.Birisi yorulub deyir ki, - yetər,Gəlin nəfəs alaq, bir az dayanaq,Günün qabağında bir az da yanaq.Soyusun tərimiz, sonra başlayaq,Artıq dərənləri çox alqışlayaq.Olmaz! Olmaz! - deyir komsomol Pəri, -Bir şey yığmamışıq gələndən bəri,Nə tez yoruldunuz? Qoyun iş görək!Eyvaz bir asqırıb, bir öskürərək:Çox sağ ol, ay qızım, yamanca şeysən,Halaldır donunu qızıldan geysən;Yaraşır adına komsomolkalıq.Qarışdı, səsləndi birdən aralıqYaşasın zərbəçi komsomol Pəri!Bu hal düşündürdü tənbəl Əskəri;Başını qaldırıb yerindən qalxdı,Təzədən döşünə- bir önlük taxdıQarışdı dəstəyə, qarışdı işə,Dostlar sevinəcək belə gedişə.Gəldi günorta çağı,Gün qızarıb yanırdı.Azca külək də vardı,Otlar dalğalanırdı.Zərbəçilər gəldilərArxın kənarlarına: -Azarlarıq, - dedılər, -İşləsək ac qarına.Şirin söhbət içində,Çoxları bir biçimdə,İştahlanıb yeyirlər;Qızlar mahnı deyirlər.Yetmək üçün muradaXumar baxır Murada;O da bilib əhvalıOynadır qaş-gözünü,Bir az çəkir özünü...Hamı duyub bu halı,Gülüb qaqqıldaşdılar,Köpüklənib daşdılar.Uzun boylu, ala gözlü dağ gövdəli birisi,Odur kolxoz gənclərinin danışıqdan dirisi,Pəhləvandır bu qəhrəman, zərbəçidir öz adı,İçlərindən baş qaldırıb şahin kimi sıçradı:-Bu gün işə çıxmayanlar, dünənkindən daha çox...Elə tənbəl insanların cərgəmizdə yeri yox.Əsmər qarı süməklənir kulakların yanında,Eloğlu da nağıl deyir xanlığın eyvanında.Qasım kişi dünən gecə qoşub ulaqlarını,Ortaq olub Məcid bəyə - gedib odun satmağa.Gərək tutub yaxşı çəkək onun qulaqlarını,Bir də cürət eləməsin kolxozu aldatmağa.Gülpəri də dalaşmışdır! ərilə, birdən-birəAcığından gövdəsini qaldirb çırpmış yerə;Deyirlər ki, bərk naxoşdur yazıq, uşaq salmışdır,A yoldaşlar, yenilikdə köhnəlik çox qalmışdır.Xanpaşa da dünən gecə işdən çıxıb gedəndəTərli-tərli su içmişdir, qanı donmuş bədəndə.Gərək bütün burdakılar bir əl kimi çalışaq,Çətinliyin hər qeydinə, hər dərdinə alışaq.Qüvvə bizim, motor bizim, torpaq bizim, su bizim.Öz əlimiz qursun gərək bu yurdda sosializm.Yedilər, içdilər qəhrəmanlarım,Üstünə od kimi düşdülər işin.Mənim də qəlbimdə coşdu qanlarım,Çünki yolçusuyam mən bu gedişin.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-pambiqcilar
← → düymələri ilə keçid, R — təsadüfi şeir