Vətən həsrəti
Elindən, günündən ayrılan könül,Arabir vaxt tapıb ağlasın gərək.Əziz kimsələri qırılmış kimi,Yas tutub qaralar bağlasın gərək.Demirəm incidib üzsün özünü,Əl üzüb dünyadan yumsun gözünü.Nə qədər olsa da Vətən sözünü,Duysun ürəyində, anlasın gərək.Bir şikəstə neyəm, bir qırıq kaman,Görmədim bir bəla-həsrətdən yaman,Vurğun ellər deyib ağlar hər zaman,Onun qaydasıdır, ağlasın gərək.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-veten-hesreti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəl ey dost, Xəzərin cəlalına baxBuruqlar dayanmış ehramlar kimi.
LaləLalə, rəngindəki yanğın, de, nədir?Niyə məlulsan, a dağlar qızı, sən?
Musa CəliləO gün ki, üstünü cəlladlar aldı,Günahsız töküldü müqəddəs qanın.
Mən tələsmirəmDostlar, badələri qaldırın içək!Gecə ulduzludur, hava da sərin.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
GörünmürO çarxı fələkdən şikayətim var,Çünki onda bir ədalət görünmür.
Səni mən sevməyirəm, sevməyirəmBir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
AriflərEşqin şərabından bir qətrə içən,Əlbəttə, od tutub yanar, ariflər!