Lalə
Lalə, rəngindəki yanğın, de, nədir?Niyə məlulsan, a dağlar qızı, sən?Qara qanlarmı gedir qəlbindən?Hansı dərd, hansı şirin xatirədirSəni odlarda yaxan?O uzaq yollara həsrətlə baxanQara gözlər, de, neçin dolğundur?Lalə rəngin nə yaman solğundur?
Lalə, qalx! Gün yayılıb dağdan aşır,Yel əsir, axşam olur, çay da daşır.Quşlar, insanlar uçur öz yerinə,Sənsə yalqız, əli qoynunda yenəQəlbin, eşqin kimi təkTozlanan yollara göz gəzdirərəkAh çəkirsən, de nədən?Lalə, bəsdir! Onu gəl gözləmə sən.Keçdi üstündən o dəhşətli bulut…İçdiyin andı, quzum, sən də unut!Yüz il ansan da onu xatirə təkO vəfasız qayıdıb gəlməyəcək…
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-lale
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir qocaman qartalın qanadları dayandı;O bir daha qıy vurub, dağlardan keçməyəcək.
Deyin, gülün, övladlarım!Şəhər üstə qanad gərib mürgülədi yorğun axşam…Neçə çadır qurdu göydə lopa-lopa sıx buludlar.
Dinlə, Xavər!Başımın üstünü kəssə də ölümSağ əli baltalı bir cəllad kimi,
Ana və körpəYay günü... Yol üstü... Ağac kölgəsi...Kölgədə bir gəlin oturmuş yalqız;
Başqa şairlərin şeirləri
Bir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Ver bir xəbərYardan ver bir xəbər,Dildardan ver bir xəbər.
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.