Eşq olsun sənətkara!
Bir qocaman qartalın qanadları dayandı;O bir daha qıy vurub, dağlardan keçməyəcək.Dünya öz yerindədir, yenə səhər oyandı,O, Vətən dağlarının suyundan içməyəcək.
Ah, o bir də göz açıb görməyəcək aləmi,Dostlar ilə bir daha gəlməyəcək üz-üzə.Susdu onun rübabı, sındı qurşun qələmi,Yeni-yeni nəğmələr qoşmayacaq o bizə.Ölüm sevinməsin qoy!.. Ömrünü vermir badaEl qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyadaSevərək yaşayanlar, sevilərək ölənlər…Budur, baxır üzümə, baxır sənətkar gözü,Yenə gülür, danışır, nəfəs ahr Üzeyir;Süzülür qəlb evimə onun hər odlu sözü,Rübabının səsində qanad açır min şeir.
Sənətkara eşq olsun! Eşq olsun qəhrəmana!Açıq alınla gedir o yenə də cəbhəyə.Xəyalı bir dəniz tək yenə gəlir tüğyana.Kommunizmin bayrağı günəşə qalxsın deyə!
O sabah da bizimlə addımlayır yanaşı,"Koroğlu"dan oxuyur yenə zəfər ordumuz.Ey Füzuli şerinin bir bəstəkar qardaşı.Şöhrət tapdı adınla bizim ana yurdumuz.
Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada,El qədrini canından daha əziz bilənlər.Şirin bir xatirətək qalacaqdır dünyadaSevərək yaşayanlar, sevilərək ölənlər…
Mən bu kiçik şerimi yazıram göz yaşımla,Çünki vidalaşıram bir ürək sirdaşımla!
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-esq-olsun-senetkara
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti var,Hər gülün, hər çiçəyin öz adı var, surəti var.
Meysiz, məzəsiz can ilə canan ola bilməzMeysiz, məzəsiz can ilə canan ola bilməz!Sevda dediyin hər kəsə meydan ola bilməz!
Əgər səndən dönər isəm, nəsibim ahu-zar olsunƏgər səndən dönər isəm, nəsibim ahu-zar olsun!Baharım qar tökən qışlar, açılmaz bir diyar olsun!
Mefistofel, yaxud dost cildində düşmənMefistofel! Mefistofel! Səni ölmüş sanırdıq biz,Fəqət sağsan, "əfv elə" ki, görməmişdir gözlərimiz.
Başqa şairlərin şeirləri · Vətən
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
YaşadımSadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.
Loğmanın vəsiyyətiƏshabına bir gün dedi Loğmani-həqiqət:Etdi məni hübbülvətənim mətleyi-hikmət.
UnutmaAşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.