Gəl ey dost, Xəzərin cəlalına baxBuruqlar dayanmış ehramlar kimi.Dənizdə hər gecə süd kimi dümağUlduzdan, incidən, almasdan parlaqNeçə min od yanır, neçə min çıraq,Sularda sayrışan ağ şamlar kimi…Yox, yox, işıq deyil, ürəkdir yananÜrəkdir əməli ərşə dayanan.Yandıqca sönməyən ilhamlar kimi!..

Bakı fəhləsinin tunc sinəsindəKöpüklü dalğalar parçalandıqca,Dənizin altında daim dustaq,Günəşdən, havadan, insandan uzaqO yerlər oyanır mator səsindən,Həzz alır insanın xoş nəfəsindən.Fırtına çalxanıb su bulandıqca,Bir yeni sürətlə yer dolandıqca…Yeraltı dünyalar yer üstə çıxır.İnsan əllərini zəfərlə sıxır…

Dayan! Ey fırtına! Dayan! Ey külək!Nə üzünü bozart, nə də inad ol.Daşların bağrından cövhər çəkərək -Ağzı qıfıllanmış xəzinələriİnsana qaytarır insan əlləri…Sən də sevin buna, sən də gəl şad ol!Şair, sürət ilə yaz bu sürətiİllərin şöhrəti illərə düşsün,Yaz ki, yurdumuzun böyük nemətiNeftin nəğmələri dillərə düşsün.

I NƏĞMƏ

Elə ki. qapını qara qış kəsirEvlərin üstündə tar bağlayır qar.Külək qılınc kimi insanı kəsir,Sarı yarpaq tökür boylu çinarlar.Elə ki, bağlanır dağların yolu.Çayların üstündən buz körpü salır.Nəfəsi çovğunla, boranla doluQış günü, evlərdə yurd-yuva salır.Elə ki, yer düşür min yaraşıqdanSaralır yam-yaşıl mənzərələr də,Yer istidən qalır, göy də işıqdanBağlanır qapılar, pəncərələr də:Canımız soyuqda donana kimiO öz nəfəsilə isidir bizi.Bağrına basaraq bir ana kimiQoynunda qızdırır əllərimizi.Sən bu həqiqəti sadə saysan da,İşıqsız göz olmaz, istisiz ürək…Donar damarlarda buz kimi qan daEvlərdə at çapar boranla, külək.Donar dəzgah üstə ipək toxuyanVətən qızlarının şam barmaqları.Donar dəftər yazıb, kitab oxuyanKörpə uşaqların gül yanaqları…Nəhəng zavodların qəlbi dayanar,Şumlara mıxlanar min traktor da.Təbiət yuxudan çox gec oyanar…Lal olar gur səsli yüz min mator da.Mənim qələm tutan əlim də donar,Üstəlik ağzımda dilim də donar.Yaxşı bax, gör neftin qüdrəti nədir,Elə zənn etmə ki, bu əfsanədir.

II NƏĞMƏ

Həyatdır vaxt olur, xəstələnirik.Astadan danışır gur səsimiz də.ölümlə üz-üzə yaman gəlirikAz qalır kəsilə nəfəsimiz də.Od tutub yandıqca hey bədənimizDalğa-dalğa vurur beynimizə qan;Ayıq ağlımızı şaşırırıq biz,Ah-uf da deyirik, şirin olur can.Boğmağa cəhd edir öz pəncəsiləBöyük bir insanı adi sətəlcəm.Əzizlər ağlaşır asta səs ilə,Bir salxım buz olur ürəkdəki qəm…İnsana üz verən bu dar ayaqdaNeftimiz dəyişib bir dərman olur.Ürək təngnəfəs olduğu vaxtdaO saf bir qan olub ciyərə dolur…Xəstəmiz tərpənir gülümsəyərəkGözünə bir şirin yuxu da gəlir.Qəfəsdə quş kimi çırpınan ürəkYorğun döyüşçü tək yatıb dincəlir.Yaxşı bax, gör neftin qüdrəti nədir,Elə zənn etmə ki, bu əfsanədir!

III NƏĞMƏ

Torpağa qarışır o bir gübrə tək.Deyir ki, anamız yer qocalmasın.Bağların üstünü ölüm almasın,Arazın suyundan bol-bol içdikcəÖzü də bağçada qızıl gül olur.Fəsillər dolanıb zaman keçdikcəTarlada şaxəli bir sünbül olur.Bəzən ipək üstə ətirlər saçırBahar müjdəçisi bir çiçək kimi.Bəzən do şal üstə o qanad açırGüldən-gülo qonan kopənək kimi.Gah abı rəng olur, gah da qırmızıYanır libaslarda o çıraq-çıraq.Bəzənir yurdumun gəiini, qızıTəpədən-dırnağa geyinir dümağ.Hələ bağçalarda o qatar-qatarQaçan körpələrin atdığı nədir?Əldən-ələ keçən o rezin toplarNeftdən uşaqlara bir hədiyyədir.

IV NƏĞMƏ

Neftin nəfəsində nə qüdrət varsa,Cansız dəmiri də əridir birdən.Hücuma hazır ol! Əmri alarsa,Dağ boyda tankı da tərpədir yerdən.O hər cahangirin, hər qəsbkarınYolunda bir yanğın, bir vulkan olur.Bizim qoşun-qoşun polad tanklarınSoyuq gövdəsinə isti qan olur.Boranda, şaxtada, palçıqda, qarda,Alovu səmiyib odu sönməyir.Yorulub atmayır o bizi dardaAdını unudub üzü dönməyir…Bir alim dostumdan soruşdum ki, mən:De görüm "T-1 "in mənası nədir?Dedi: öz səsindən qabaqda gedənİldırım sürətli bir təyyarədir…Yığıb qanadını qırğı sayağıŞığıyıb süzəndə o bir ox olur.Geniş fəzalardır onun oylağıBircə an içində gözdən yox olur.Ona təslim olur göylər, ümmanlar,Fikirdən yavaşdır, şimşəkdən yeyin…Onun qanadında saatda beş minKilometr uçacaq sabah insanlar…Reaktiv ad vermiş alimlor ona,Bir zaman Marsa da yol gedəcəkdir.Bu sürət yaraşır torpaq oğluna,O ayı, ulduzu fəth edəcəkdir!Bu günsə onların qulağı səsdə…Göydə vuruşduqca qasırğalarlaİnsanlar sağ əli gözünün üstəOnları seyr edir min iftixarla…Bir rus aliminin böyük başı da,Sürətin, işığın ilk sirdaşı da,Ucalır göylərə bu iqtidarla.O polad qartallar dağlar aşdıqca,Göydə buludlarla qucaqlaşdıqca,Bakı fəhləsi də baxır vüqarlaÇarpışır Xəzərdə sərt dalğalarla…Yaxşı bax, gör neftin mənası nədir?O şimşək qanadlı bir təyyarədir!Elə zənn etmə ki, bu əfsanədir!Gəl ey dost, Xəzərin cəlalına bax:Buruqlar dayanmış ehramlar kimi,Dənizdə hər gecə süd kimi dümağ,Ulduzdan, incidən, almasdan parlaqNeçə min od yanır, neçə min çıraq,Sularda sayrışan ağ şamlar kimi…Yox, yox işıq deyil ürəkdir yanan -Ürəkdir əməli ərşə dayananYandıqca sönməyən ilhamlar kimi!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri