Anamın dərdi
Bəzən o insanı düşündükcə mən,Titrədir canımı dağlar ruzigarı;Köklü ağac kimi qopub yeriradən,Uçuram bir dərin boşluğa sarı,Titrədir canımı dağlar ruzgarı.O gözol xilqətin nəydi vərdişi? –Beşik yırğalayıb, paltar yamamaq;Onun belindəydi evin hər işi.Anamı səslərdi günəşdən qabaq.Beşik yırğalayıb, paltar yamamaq.Atam yuxulardı tər tökə-tökə,Günəş qurşağına qalxana kimi;Onun qarşısında diz çökə-çökəAnam çalışardı, bir ana kimi;Günəş qurşağına qalxana kimi.Sonra da dərindən nəfəs alaraq,Şikayət eylərdi öz taleyindən;Qızlıq günlərini yada salaraqHəyata, hər şeyə küsərdi bəzən,Şikayət eylərdi öz taleyindən;Atam acıqlanıb döyəndə onu,Durub boylanardı qara qul kimi;Vaxtına çatmadı ömrünün sonu.Qaranlıq üstündə qaraul kimi,Durub boylanardı qara qul kimi.Anamın gözləri baxtından qara...Bəzən buluıdlara baxıb dalardı.Dərdini söyləyib qarlı dağlara.Qəlbini saz kimi tutub çalardı.Bir sabah anamın belində sənək,Yolda gah üşüyüb, gah əsnəyərək,Dönüb qayıdanda bulaq başından,Yolda söz atmışdı ona bir cavan:"Bir dayan, ay gedən, de haralısan?De hansı,dağların tək maralısan?"Anam bu səsdəki hissi-hörmətə.Təmiz şairanə bir məhəbbətəCavab verməyərək evə tələsmiş,Vücudu yel kimi titrəyib əsmiş.Sonra da atamı tutaraq dilə,Açmış əhvalatı o gülə-gülə."İnək göz etməsə, buğa sıçramaz", -Deyərək, anama vurulan qapazQadın başını endirmiş yerə...O məhkum insana tutulan dirə;Özün görursən ki, bir faciədir...Anla ki, sevgilim, qısqanclıq nədir?O gündən qadının qəlbi qanadı,Bir də açılmadı qolu-qanadı.Qəfəsdə inləyən o yaralı quşAçıq bilirdi ki təhqir olunmaış.Odur ki, hər zaman ah çəkib ağlar,Ahını dinlərdi dinləyən dağlar...O gündən bəriyə bir gün görmədi;Onun cavan ömrü uzun sürmədi.Qadın bu dərd ilə içini yedi,Bir axşam varlığa əlvida dedi.Çökdü evimizə acı bir sukut,Gülürdü sağlara o ölü-tabut...O gündən dəyişdi atamın halı;Pozuldu onun da fikri, xəyalı,Arabir anamın yatdığı yerəBaxıb ağlayardı o birdən-birəTutduğu işlərə peşiman kimi.Vaxtsız ayrılığa dözmədi qəlbi –Ağardı saqqalı, saçı qar oldu,Dərdi yetim qalmış uşaqlar oldu,Dərdini, fikrıni dağıtmaq üçünGedib qonşuları gəzərdi hər gün.Gəzdiyi - məhv olmuş səadət idi.Son təsəllisi də - ibadət idi.Ki, tanrı əfv edə onun suçunu.O gündən gülmədi ömrü uzunu...Sevgilim! Anla ki, qısqanclıq nədir?Anla ki, doğrudan o, faciədir...
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-anamin-derdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən ellər toyusan, ellər bayramı,Könüllər mülkünün laləzarısan.
Ukrayna partizanlarıDe, kimdir gecənin bağrını dələn?Düşmənin üstünə ley kimi gələn?
Azərbaycan balasıŞair Nizaminin gözəl vətəni,Qoynunda bəsləyib böyütdü səni.
Salam, MoskvaBaşında tufanlar qopandan bəriSəkkiz ay görmədim heç üzünü mən
Başqa şairlərin şeirləri
Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir,Çünki tövhid əhlisən, din ilə iman səndədir.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi