De, kimdir gecənin bağrını dələn?Düşmənin üstünə ley kimi gələn?Kimin qüdrətinə güvənir Vətən?Kimdə sədaqət də, mərdlik də vardır?O bizim qəhrəman partizanlardır!

De, kimin səsindən titrəyir dağlar?Barmaqla göstərir onu uşaqlar?Kimin yuvasıdır meşələr, bağlar?Kimin hər zəfəri bir yadigardır?— O bizim qəhrəman partizanlardır!

Kimdir qartal kimi qayada yatan,Pəncəsi düşmənin gözünə batan?De, kimdir döyüşdə yüzə yüz alan?De, kimin qalası sıx ormanlardır?— O bizim qəhrəman partizanlardır!

De, kimin yurdudur sünbüllü çöllər?Kimindir banduru söylədən əllər?Kimindir yanağı lalə gözəllər?De, kimin sevdası bir ilk bahardır?— O bizim qəhrəman partizanlardır!

De, kimdir düşmənə min tələ quran?Tarasın qəbrində keşikçi duran?De, kimdir Karmelyuk əlilə vuran?— Bizim ukraynalı qəhrəmanlardır,O bizim qəhrəman partizanlardır!

De, kimdir adına qardaş dediyim?Qəmimə, nəşəmə sirdaş dediyim?De, kimdir vətəndaş, yoldaş dediyim?— Bizim Koroğlu tək pəhləvanlardır,Bizim ukraynalı partizanlardır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar