Yarın bağçasında güllər açılıb,Bülbüllər ötüşür, gəl səhər-səhər!Çarhovuz başında bir telli sənəmBaxıb güzgülənir, bil səhər-səhər!

Güllərin üstündə parlayan şehdi,Qəlbimdən keçənlər nə sərin mehdi!Gözümə görükən qövsü-qüzehdi,Hicran qubarını sil səhər-səhər!

Çətirli ağaclar sanki ormandı,Həyat göz qırpımı, ömür bir andı!Cavad, düşündüm ki, bu nə fərmandı,Danış səhər-səhər, gül səhər-səhər!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar