İnanmadın sözümə,Bir gülmədin üzümə.İllər məni ucaltdı,İllər məni qocaltdı.Deyirəm öz-özümə:Keçərdinmi qəlbimdən,Sevməsəydim səni mən?!

Bağda çiçək dərəndə,Dosta töhfə verəndə;Hey düşürsən yadıma,Yanıram öz oduma!Bir gözəl gül görəndə,Keçərdinmi qəlbimdən,Sevməsəydim səni mən?!

Yaylağa çıxanda da,Dost əli sıxanda da;Yollar çənə bürünür,Dağdan duman sürünür!Bir qıza baxanda da,Keçərdinmi qəlbimdənSevməsəydim səni mən?!

Quşlar qanad çalanda,Çölə haray salanda;Yenə səni anıram,Andıqca da yanıram?Könlüm ilham alanda,Keçərdinmi qəlbimdənSevməsəydim səni mən?!

Gəzib çölü, çəməni.Ən gözəl bir nəğməni,Durub dinləyəndə mənYadıma düşürsən sən.Rahat qoymursan məni!Keçərdinmi qəlbimdən,Sevməsəydim səni mən?!

Hər gün söküləndə dan,Oğrun-oğrun uzaqdanGözlərimə baxırsan,Ürəyimə axırsan!Hər şeir yazan zaman:Keçərdinmi qəlbimdənSevməsəydim səni mən!Sevməsəydim səni mən?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri