Sevgi candan ayrılmaz
Sevən könlüm sevdi səni,Sevgi candan ayrılmaz!Rahibim ol, yolum göstər,Din imandan ayrılmaz!
Pəncərəyə nə qonmusan?Yoxsa bəni sən anmısan?Yüzsən, minsən, milyonmusan?Ruh gümandan ayrılmaz!
Gündüzüm tar, gecəmsə yox,Sevincim az, kədərim çox!Dilim qabar, sözüm “ah”, “ox”,Ah amandan ayrılmaz!
Məcnun çöldə, mən meşədə,Canım div tək bir şüşədə.Gözüm qalıb bənövşədə,Quş ormandan ayrılmaz!
Kol dibində bitərəm mən.Bülbül olub ötərəm mən!Dağa qalxsam, itərəm mən,Dağ dumandan ayrılmaz!
Dövran atar şeş-beşini,Yelə verər peşkəşini!İndisini, keçmişini,Söz zamandan ayrılmaz!
Kimi ağlar, kimi gülər,Göz yaşımı kimlər silər?Balıq bilməz, xaliq bilər,Gün cahandan ayrılmaz!
Kitabxana.az · https://kitabxana.az/works/cavad-sevgi-candan-ayrilmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ala gözlü, qumral saçlı, altı-yeddi yaşında,İçin-için ağlayırdı bir qız soqat başında.
Yaza xitabNovruz çıxıb taxtma,Güllər düşüb baxtına.
Yazım, gəl, baharım, gəlÜrəyim döyünüb uçar quş kimi,Düşər torpaqlara vurulmuş kimi’
YazıqDəniz dərdə düşər, dalğalar ağlar,Dağlara dərd gəlsə, dumana yazıq
Başqa şairlərin şeirləri · Eşq
Başına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,