Yaza xitab
Novruz çıxıb taxtma,Güllər düşüb baxtına.Kosa gəlir qabağa,Nəzər salır tabağa.Çörəyi yoxdur Kosanın,Xörəyi yoxdur Kosanın.A Kosa, Kosa gəlsənə,Torbanı doldursana!Kosa döyür gözünü,İtiribdir özünü.Ocaq üstə sac qalıb,Bütün qışı ac qalıb;Torbasını uzadır,Hamı bilir, qaydadır.Kosaya pay verirlər,Kosaya hay verirlər.Boz Keçi - Saqqal Ağa,Kosam çəkir sağa,Deyir doldur torbanı,Söndür daha sobanı.Sonra da gəl güləşək,Dilimizlə yer eşək.Kosa baxır keçiyə,Ürəyinə xof düşür, -Tez aradan sürüşür.Keçiyə əl edərək.Qarı Nənə gələrək,Deyir Qışı ötürdük!Gedib Yazı gətirdik!Yaza çıxdı oğlağım,Qış gözünə barmağım...Qarının gəlir sözüKeçinin çox xoşunaDövrə vurub - NovruzunDolanırlar başına!Onun ömrü qırx gündür,Payızın davamıdır.Uzun qış əyyamıdır...Qar səpir asta-asta,Gülür tanışa, dosta.Darıxdırmır heç kəsi,Quyudan gəlir səsi.Yorğan salır şum üstə,Qarğalar dəstə-dəstəUçub yerə qonurlar,Sanki qohumluğu var.Qara qarğa gətiribDimdiyində ilk qan.Yolub yerə tökübdürAğacdan yarpaqları.Ölmüş qurd-quş olubdurQarğalarm yeməyi.Qış öyrədib onlara:“Q ar-qar” , “Q ar-qar” deməyi.Qarğa hara, qar hara?Çox mahaldır, - deyirəm.Ağ qar üstdə qarğalarQara xaldı, - deyirəm!Ağ libasda düymə tək,Parıldayır qarğalar!Qar kosəndə “qarr” deyə,Qarıldayır qarğalar.Sonu çatır çillənin,Çaylar buz altda axır.Qar getdimi, görməzsən,Qarğalar yoxa çıxır.Böyük tufan başlayırBöyük qardaş gedən tək.Şaxta tüğyan eləyir;Kollar yerə sinərək, -Vıyıldayır küləklərBudaqları əyərək.Miyoldayır pişiklərBəzən gecə sübhəcən.Yeri,göyü bürüyürDörd tərəfdən duman-çən.Ocaqlar bərk qalanır,Qazanda hədik bişir.Pəncərelər açılmır,Qapılar tamam şişir.Küçə, bayır görünmür,Aynalar naxış olur.Heç bilmirsən, haradan,Otağa soyuq dolur.Kiçik qardaş zalım olurBöyük qardaşdan yüz yol.Başını da qaldırmırNə bir ağac, nə bir kol.Dəliqanlıq eləyirİki qat az ömrünü.Tezcənə başa vururYartda öz ömrünü!
Kitabxana.az · https://kitabxana.az/works/cavad-yaza-xitab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bax fələk Şamdə bir zümreyi-kafər yerinə,Künci-viranədə həm Ali-Peyəmbər yerinə.
Canım peşkəşdirBir zülfü ənbərə, qarşı peykərə,Bir gözü xumara canım peşkəşdir.
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
GecəGəlibən getməkdən üzüldü halım,İstərəm bu yerdə qalım bu gecə.