Gəlibən getməkdən üzüldü halım,İstərəm bu yerdə qalım bu gecə.Nə dərdin var isə, gəl mənə söylə,Sınıxmış könlünü alım bu gecə.

Gedibən hər yana salmışam sorax,Sənnən də yaxşı olarmı gorax.Bir saat gözümdən sən getsən uzax,Dağılar dövlətim, malım bu gecə.

Ləzgi Məhəmmədəm, olmuşam məstə,Canım da qurbandı sən təki dosta.Başımı qoyuban ağ məmən üstəİstərəm, səninlə olum bu gecə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri