Gəlin
Maral kimi bu dağları gəzirsən,Ceyranın quzusu, sağısan gəlin!Düşdüm məclisinə tarü-mar oldum,Bəzəyirsən bu yığnağı sən, gəlin!
Səni görən olur xəstə, zarıncı,Xalın kimi şölə verməz hər inci,Sinən üstə yetir narı, turuncu,Firdövsi-əlanın bağısan, gəlin!
Məhəmmədə qaldı bu daği-həsrət,Gecəni, gündüzü saətbəsaət,Öldürürsən öldür, vermə xəcalət,Həmişə canıma yağısan, gəlin!
Kitabxana.az · https://kitabxana.az/works/varxiyanli-mehemmed-gelin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Cülyetta
Səni mənim qədər kimsə anlamaz,Kimsə duya bilməz səni mənimtək,
Məhəbbət aləmi qəmdirMəhəbbət ölkəsi qəm diyarıdır,O diyarda ağlayan çox, gülən yox.
Deyin o yara, edir aşiqin səfər, gəlsinDeyin o yara, edir aşiqin səfər, gəlsin,Şikənci-əqrəb ara gizlədib qəmər, gəlsin.
Öldürsə bıçaqla kimi yarım hərgahSonra tutar ağzında ləbiylə gah-gah.