Gül rəngində bir yaprağınOrtasında bir hilal!Ey Al Bayraq, sənin rənginSöylə, neyçün böylə al!?

Hakim olub bir toprağa,Ona etmək böylə naz?Səndən başqa bir gözələSöylə, neyçün yaraşmaz?

Bu bənzəyiş nədən gözüm,Şəhidlərin qanına?!Uğurunda can verənlərNeyçün qıyar canına?!

Yol üstündə dərdli nənəGörür səni ağlamaz?!Sən öylə bir şeirsən ki,Sevməyənlər anlamaz!

Ey sevgili bayrağımınO dalğalı duruşu!Sandım salam rəsmi sanaBuludların yürüşü!

Sən ey hilal, al qoynuna,Aldın göydən yıldızı!Məftun etdin sən kəndinə,Ən sevdalı bir qızı!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri