"Bir sasani şah məndən..."
Bir sasani şah məndənBilməm nə gördü?Sözlərimi dinləmədən,Qafqaza sürdü.
Qarşıladı Araz məniSöhbətlə, sazla.Mən Muğanda ondan bəriSallandım nazla.
Kürün ilıq qucağındaYaslandım yerə.Bu yurdun hər bucağındaÇəkildim dövrə.
Bəlkə əslim amerikalı,Əndamım süddən;Yaxud nəslim afrikalı,Golmişəm hinddən.
Hər bir zaman əməkçilərÇəkdi cəfamı;Qodimlərdə veyl gozonlorSürdü səfamı.
Lakin əsl yurdum mənimMuğanla, Mildir.Muğansız ki, mənim günümBir gün deyildir.
İndi artıq bu çöllərəHəvəslə girdim.Qədir bilən bu ellərəVarunı verdim.
OylağımdırQarabağın çölləri!YaylağımdırQarayazı elləri!
QaraoğlandaAğca günlər görmüşəm!Mil çölündəÇox səfalar sürmüşəm!
Sərin göllər,Dərin çaylar keçmişəm.BulaqlarınGur suyundan içmişəm.
Mənim üçünKür baş vurur hər yerə,Araz Məcnun olubDüşüb çöllərə.
DağlardakıCoşqun sellər mənimdir,AranlardaÇaylar, göllər mənimdir!
Günəş mənim,Bahar mənim, yaz mənim;Məclis mənim,Söhbət mənim, saz mənim!
Dərman mənəm, dərd mənəm,Şəhər mənəm, kənd mənəm.Gəlinlərin adı var,Toylarda şərbət mənəm.
Yoxsulun yoldaşıyam,Rəncbərin sirdaşıyam;Əməkçi xalq üçün mənBəzəklərin başıyam.
Mən bəzərəm yazları,Çoxaldaram azları;Aşıqlara ruh veribÇaldıraram sazları.
Əkinçilər yarıyam,İgidlər sərdarıyam;Qızılın adı çıxmış,Mən ondan yuxarıyam.
Naz satıram gümüşə,O çaşmışdır bu işə;Bir deyən yox, zavallı,Nə düşürsən təşvişə?
Bir az əqli var isə,Deyin çəkilsin misə.Mən üzümü ağartdım,Haqsızdır bir şey desə.
Dünən gördüm ipəyi,Yerdən gedir ətəyi.Onun fıkri-zikri pul,Mən güdmədim qəpiyi.
Görürsən bu kətəni,Dəng eləyib yetəni.Bizə tay olacaqmışBu çöllərin çətəni.
Fikirləşdim mən özüm,Buna yoxdur bir sözüm.Ancaq haqqa qalanda,Ondan da toxdur gözüm.
Nə vurhavur, nə busat,Gəlin buna içim and:Geniş meydana çıxsamBir şey deyil brilyant.
Yığılsın yaqut, sədəf,Düzülüb gəlsin səf-səf.Kimin incisi çoxdurOna çalın zurna, dəf.
Hər kəsdə, hər yerdə mən,Dərmanam çox dərdə mən,Hər qurultay oldumuƏyləşirəm dördə mən.
Yoxsulun yoldaşıyam,Rəncbərin sirdaşıyam.Əməkçi xalq üçün mənBəzəklərin başıyam!
De dərdini yazana,Bu yollarda gəzənə.Açıqdır mərmər sinəm,Oğul istər qazana!
Adım pambıq, üzüm ağ,Yay günündə canım sağ.İndi dövran mənimdir,Bəxtim ötgün, kefim çağ!
Kitabxana.az · https://kitabxana.az/works/cavad-bir-sasani-sah-menden
← → düymələri ilə keçid, R — təsadüfi şeir