Bir səs tutdu tarixinSirkəli yaxasından.Baxaraq gözlərinə,Sordu onun yaşını.Tarix özü utandıKürkündən, çuxasından.“Fərman sənindir” deyib,Dikdi yerə başını.“Sil” dedi əndamındanYöndəmsiz ləkələri!Ağır keçmiş, bilirsən,Ömürün, günün sənin.Göstər düzgün yolları,Dolaşıram sərsəri.Bu ancaq sənin haqqın,Başına dönüm sənin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri